Əsas məzmuna keç

Xidmətlər

Dörd xidmət satırıq. Hamısının altında bir məqsəd dayanır: pasiyent sizi axtaranda, istər axtarış sistemində, istər ChatGPT-də, cavabda sizin adınız olsun.

Dörd xidmət, bir məqsəd

Pasiyentin həkim axtarma yolu dəyişir. Əvvəl tanışdan soruşurdu, sonra axtarış sistemində baxırdı, indi getdikcə daha çox süni intellekt cavabını oxuyur.

Həmin cavabda görünmək üçün üç şey lazımdır: sizə aid oxunan bir ünvan, orada duran aydın məzmun və bu məzmunu robotların oxumasına açıq texniki baza. Dörd xidmətimiz bu üç şeyi qurur və işlək saxlayır.

Hansı xidmətdən başlamaq lazımdır

Cavab sizin bugünkü vəziyyətinizdən asılıdır.

  • Saytınız yoxdursa, həkim saytından başlayırıq.
  • Saytınız var, amma müraciət gətirmirsə, əvvəlcə ölçürük, sonra düzəldirik.
  • Gündəlik iş dəftərdə və yazışmalarda itirsə, pasiyent idarəetmə sistemi birinci gəlir.
  • Klinikasınızsa, söhbət elektron tibbi qeyd və daxili proseslərdən başlayır.

İş necə başlayır

  1. 1Brif: nə işlə məşğul olduğunuz, hansı pasiyenti istədiyiniz və bugünkü vəziyyət yazılır.
  2. 2Ölçmə: mövcud sayt, robots.txt, strukturlaşdırılmış məlumat və dil modellərinin cavabı yoxlanılır.
  3. 3Plan: hansı addımın nə dəyişəcəyi və hansı ardıcıllıqla ediləcəyi yazılı verilir.
  4. 4İş: razılaşdırılan hissə qurulur.
  5. 5Təkrar ölçmə: eyni yoxlamalar yenidən aparılır, əvvəl və sonra yan-yana qoyulur.

Qiymət

Qiymət işin həcminə görə dəyişir. Səhifə sayı, mövcud saytın vəziyyəti, inteqrasiya tələbi və dil sayı qiyməti birbaşa dəyişdiyi üçün hazır rəqəm yazmırıq.

Brifdən sonra yazılı təklif verilir: nə daxildir, nə daxil deyil, ödəniş hansı mərhələlərə bölünür.

Dörd xidmət

Qiymət işin həcminə görə dəyişir və brifdən sonra dəqiqləşir.

Tez-tez verilən suallar

Mənə hansı xidmətin lazım olduğunu bilmirəm. Necə başlayım?
Saytdakı agentlə danışın. Bir neçə sual verir və cavablarınıza görə hansı işin birinci gəldiyini deyir. Razılaşmasanız, kontaktınızı qoyun, insanla danışaq.
Saytım var. Onu ataq, yoxsa düzəltmək olar?
Əvvəlcə ölçürük. Sayt açılırsa, mətni varsa və ünvanı işləyirsə, çox vaxt onu düzəltmək daha ucuz olur. Sayt bağlı sistemdədirsə və məzmunu dəyişmək mümkün deyilsə, yenidən qurmaq lazım gəlir. Bu qərarı ölçmədən vermirik.
Qiymət nə qədərdir?
Hazır rəqəm yoxdur, çünki işin həcmi hər həkimdə fərqlidir. Brifdən sonra yazılı təklif alırsınız və orada hər mərhələnin qiyməti ayrıca göstərilir.
Mən nə qədər vaxt ayırmalıyam?
Ən çox vaxt brifə və mətnlərin təsdiqinə gedir. Tibbi məzmunu sizin təsdiqiniz olmadan dərc etmirik, çünki cavabdehlik sizin adınızadır.
Xidmətlərin hamısını birdən almaq məcburidirmi?
Xeyr. Hər xidmət ayrıca işləyir. Bir yerdə alınanda vaxt qazanılır, çünki eyni ölçmə və eyni məzmun bazası hamısına xidmət edir.
Nəticəni necə görəcəyəm?
İşdən əvvəl və işdən sonra eyni yoxlamalar aparılır: dil modellərinin cavabında adınız görünürmü, sayt robotlara açıqdırmı, səhifələr nə vaxta açılır, müraciət haradan gəlir. Rəqəmlər sizə yan-yana verilir.